Bakcell şəhid və qazi ailələrinə dəstəyini davam etdirir

Bakcell şəhid və qazi ailələrinə dəstəyini davam etdirir
  30 Sentyabr 2022    Oxunub:521
“Bakcell”in şəhid və qazi ailələrindən olan qadınların təhsil və məşğulluq imkanlarının artırılmasına yönəlmiş Korporativ Sosial Məsuliyyət (KSM) layihəsi başa çatıb.
2021-2022-ci illəri əhatə edən layihədə 16 qadın iştirak edib. İlkin mərhələdə onlara motivasiya,məqsədlərinin müəyyən olunması, yumşaq bacarıqların inkişaf etdirilməsi, CV-nin tərtibolunması, şəbəkələşmə və s. mövzularında seminarlar və praktik məşğələlər keçilib.
Növbəti mərhələdə qadınlar 7 ay davam edən ingilis dili, rus dili, kompüter, kiçik biznesin
qurulması və idarə olunması, mühasibatlıq kimi kurs və təlimlərə qatılıblar.

Layihə benefisarları öz istəklərinə uyğun olaraq təhsillərini davam etdirmək, peşə təhsilinə
başlamaq və işlə təmin olunmaq kimi imkanlardan yararlanıblar.

Müharibədən əziyyət çəkən uşaqlara və həmçinin şəhid və qazilərin ailə üzvlərinə qayğı və
diqqətin göstərilməsi Bakcell şirkətinin KSM proqramının əsas istiqamətlərindən biridir. Şirkət bu sahədə bir neçə layihə həyata keçirir.

AzVision.az


Teqlər:





Xəbər lenti