Ermənistana "silah satmayan müttəfiqi" kimdir?

// Rusiya səfiri sualdan yayınıb

 Ermənistana  "silah satmayan müttəfiqi"  kimdir?
  30 Sentyabr 2022    Oxunub:1447
Ermənistanın baş naziri Nikol Paşinyan xarici ölkələrin, xüsusən də müttəfiqlərinin İrəvana silah satmaq istəmədiklərini bəyan edib. Erməni cəmiyyətində birmənalı qarşılanmayan bu açıqlamanın daha çox Rusiyaya ünvanlandığı ehtimal edilir. Yerli KİV baş nazirin "müttəfiq" deyərkən hansı ölkəni nəzərdə tutmasını araşdırır, məsələnin detallarını öyrənməyə çalışır.
Bu gün "Joğovurd" Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkindən müsahibə alaraq, Moskvanın İrəvanı silahsız qoyan müttəfiqlərin sırasında olub-olmamasını dəqiqləşdirməyə çalışıb. Səfir qəzetə müsahibəsində "Rusiya da Ermənistana silah satışına qadağa qoyubmu" sualını şərh etməyib.

“Qrad”ın zəif plagiatı: “Pinaka” acı taleyilə görüşə tələsir – ARAŞDIRMA
"Bildiyiniz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 13-də sərhəddə baş verən irimiqyaslı toqquşmalarla bağlı parlamentdə və dünən hökumətin iclasında İrəvanın silah-sursatla bağlı ciddi problemlərlə üzləşməsindən danışıb. Onun sözlərinə görə, hətta müttəfiqlər də silahla bağlı vədlərinə əməl etmirlər, pul ödənilsə belə, sursat satılmayıb. Baş nazir deyir ki, Ermənistanın kifayət qədər maliyyə imkanları olsa da, müttəfiqlərin heç də hamısı bizə silah satmağa hazır deyil. Paşinyan konkret olaraq belə dedi ki, "pulumuz var, amma silah ala bilmirik".

Baş nazirin bu açıqlaması ilə bağlı rusiyalı səfir Sergey Kopırkindən Rusiya Federasiyasının Ermənistana silah satışı ilə bağlı qadağa qoyub-qoymamasını soruşduq. O, əvvəlcə dedi ki, “Mənim bu suala cavab vermək səlahiyyətim yoxdur”. Əgər səfir mövzunu aydınlaşdırmağa hesablanmış konkret sualımızı - Rusiyanın qadağasının olmasının təkzib etmirsə, deməli belə bir fakt mövcuddur. O, heç yayılan məlumatı təsdiq də etmir. Sadəcə dedi ki, "Şərh olunmayacaq!", - nəşr yazıb.

Qeyd edək ki, Paşinyan açıqlamasında Azərbaycanın da bu qadağalarda mühüm rol oynadığını xüsusi vurğulayıb.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Silah   Ermənistan   Rusiya  







Xəbər lenti