Belə İrandan iraq - FOTO

// Həzrət Əli buna nə deyərdi görəsən?!

  Belə İrandan iraq -    FOTO
  29 Sentyabr 2022    Oxunub:2949
Düşməndən azad olunan Cəbrayılın yol infrastrukturu yenidən qurulur və bəzən köhnə yoldakı körpülər yeni marşrutdan, yəni çəkilməkdə olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd trasından çox aralıda qalır. Cəbrayılla Zəngilan arasındakı bu qəzalı tikili kimi.
Texniki həyatını tamamlamış köhnə körpüyə gedən yol uçurulduğundan, onu aşağı tərəfdən dolanaraq keçmək lazım gəlirdi və sürücümüz bu manevri edərkən yuxarıdakı beton plitənin zahiri tərəfində gözümə bir yazı dəydi.

Vaxtilə işğal altında olan Cəbrayılın azərbaycanlı sakinlərinə aid evlərinin sökülən materiallarını İrana daşıyan sürücülər boya ilə körpüdə " تولد حضرت علی دهم " sözlərini yazıblar. Bu, “Həzrət Əlinin 10-cu mövludu" mənasına gəlir.


Qondarma separatçı rejimin İranla qurduğu şəffaf narkotrafik marşrutu üzərində yazılan bu sözlər heç də təəccüb doğurmur. Azərbaycanın düşmənini hələ də himayə edən, sözdə "müsəlman" təfəkkürünün məhsuludur...

Həzrət Əli öz din qardaşının kafir tərəfindən dağıdılmış evinin materiallarını daşıyıb aparmağa necə baxardı, görəsən?!

Hans Kloss
AzVision.az üçün


Teqlər: İran  





Xəbər lenti