Prokurorluq: "İzafi xərclərin aradan qaldırılması istiqamətində bir çox işlər görülüb"

      Prokurorluq:    "İzafi xərclərin aradan qaldırılması istiqamətində bir çox işlər görülüb"
  29 Sentyabr 2022    Oxunub:652
"Aparılan islahatlar nəticəsində maddi-texniki təminat sahəsində izafi xərclərin aradan qaldırılması, israfçılığa yol verilməməsi, həqiqətən ehtiyacı olan sahələrə pul vəsaitinin yönəldilməsi bizim əsas hədəfimiz olub və bu istiqamətdə bir çox işlər görülüb".
AzVision.az xəbər verir ki, bunu Baş prokurorun müavini, III dərəcəli ədliyyə müşaviri Heydər Məmmədov mediaya verdiyi müsahibəsində bildirib.

"Məsələn, cari ildə prokurorluq orqanlarının maddi-texniki təminatının həyata keçirilməsi üçün ehtiyaclar müəyyənləşdirilərkən əsaslı təhlil nəticəsində tələb olunan malların alışı üçün şəffaf və müasir tələblərə uyğun satınalma və tender prosedurları keçirilib və malların bazar qiymətindən aşağı qiymətə alışı təmin edilib. Bu il 20-dən çox belə satınalma-tender proseduru keçirilib ki, bu da ötən illərlə müqayisədə dəfələrlə çoxdur. Satınalma-tenderlər zamanı şəffaflıq tam qorunub saxlanılmaqla, hamı üçün bərabər şərait yaradılıb və bu işə Baş prokurorun rəhbərliyi ilə gündəlik nəzarət həyata keçirilməkdədir.

Eyni zamanda, aparılmış təhlillər nəticəsində poçt göndərişləri, telefon danışıqları, qaz, işıq və su təminatları, kargüzarlıq və katric xərcləri, həmçinin işçilərin ezamiyyətə göndərilməsi sahələrində qənaətlər edilib" - o, qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti