Bakıda və bölgələrdə güclü külək olacaq

   Bakıda və bölgələrdə güclü külək olacaq
  29 Sentyabr 2022    Oxunub:704
Gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 29-dan 30-u səhərədək şimal-qərb küləyinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 29-dan 30-u səhərədək əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti