"Rusiya-Ukrayna münaqişəsi dünya müharibəsidir" - Papa

   "Rusiya-Ukrayna münaqişəsi dünya müharibəsidir" -    Papa
  29 Sentyabr 2022    Oxunub:960
Roma papası Fransisk Rusiya-Ukrayna münaqişəsinin dünya müharibəsi olduğunu bildirib.
AzVision.az xəbər verir ki, Vatikana yaxın xəbər saytları Papanın Qazaxıstana səfəri zamanı bəzi Cizvit keşişləri ilə görüşündə bunu dediyini qeyd edib.

"Davam edən müharibə var. Məncə bunu yaxşı və pisdən bəhs edən kovboy filmi kimi düşünmək səhvdir. Bunun Rusiya ilə Ukrayna arasında müharibə olduğunu düşünmək də səhvdir. Bu, dünya müharibəsidir", Papa vurğulayıb.

O, Ukrayna səfərinin hazırda gündəmdə olmadığını vurğulayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti