Zelenski Quterreşlə Zaporojye AES-i müzakirə edib

Zelenski Quterreşlə Zaporojye AES-i müzakirə edib
  28 Sentyabr 2022    Oxunub:511
Ukrayna Prezidenti Volodimir Zelenski BMT-nin Baş katibi Antoniu Quterreşlə Zaporojye AES-də Rusiyanın təcavüzü nəticəsində yaranmış təhlükəni telefon danışığında müzakirə edib.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

Qeyd olunub ki, siyasətçilər ZAES-dəki vəziyyət kontekstində nüvə təhlükəsizliyi məsələsi ətrafında fikir mübadiləsi aparıblar.

V.Zelenski həmçinin Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərində keçirdiyi “referendumların” BMT tərəfindən tanınmaması ilə bağlı aydın mövqeyinə görə A.Quterreşə təşəkkür edib.

AzVision.az



Teqlər:





Xəbər lenti