Vəli Ələsgərov həbsxanadan buraxıldı

   Vəli Ələsgərov həbsxanadan buraxıldı
  28 Sentyabr 2022    Oxunub:683
Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov azadlığa buraxılıb.
AzVision.az xəbər verir ki, Vəkil Vüqar Xasıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, general-mayor Vəli Ələsgərov təxminən yarım saat əvvəl cəzaçəkmə müəssisəsindən azad edilib.

Xatırladaq ki, ötən gün Ali Məhkəmənin qərarı ilə V.Ələsgərovun cəzasının 6 il 6 ay 20 günə endirilməsi və 2016-cı ildən həbsdə olmaqla bu cəzanı çəkmiş olduğundan həbsdən azad edilməsi qərara alınıb. Bu gün isə vəkil qərarın icra olunmadığını bildirirdi.

AzVision.az



Teqlər:





Xəbər lenti