İki gün ərzində Rusiyadan Gürcüstana 20 mindən çox insan gedib

   İki gün ərzində Rusiyadan Gürcüstana 20 mindən çox insan gedib
  28 Sentyabr 2022    Oxunub:558
Son iki gündə Rusiyadan Gürcüstana 20 mindən çox insan daxil olub. Bu barədə "Şimali Osetiya" rəhbəri Sergey Menyailo Telegram kanalında məlumat verib.
"Təkcə son iki gündə bizim sərhəd bölməmizdən Gürcüstana 20 mindən çox insan daxil olub. Bu axın artmaqda davam edərsə, biz asayişi və təhlükəsizliyi sırf fiziki cəhətdən təmin edə bilməyəcəyik", - o yazıb.

O, növbəyə dayananların istilik, yemək, tibbi xidmət və sanitar şəraitin təşkili ilə bağlı göstəriş verib. İndi sərhəddə "Şimali Osetiya" ərazisində olanlar arasında qadınlar və uşaqlar da var.

Onun sözlərinə görə, bununla bağlı yüksək hazırlıq rejiminin tətbiqi qərarı məcburi müvəqqəti tədbirdir.

AzVision.az


Teqlər:





Xəbər lenti