Ötən il abort etdirənlər arasında 15 yaşlı qızlar da olub

   Ötən il abort etdirənlər arasında 15 yaşlı qızlar da olub
  28 Sentyabr 2022    Oxunub:652
Ötən il Azərbaycanda 46 877 abort qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, abort etdirənlərdən 24 420-ü 15-29 yaşda olan qadınlardır.

Yeniyetmələr arasında abortların sayı bir neçə dəfə azalıb. Belə ki, ötən il 15-17 yaşda abort olunanların sayı 16 olub. 2010-cu ildə bu rəqəm 158 olmuşdu.

Ötən il 18-19 yaşda abortların sayı 2412, 20-24 yaşda 8478, 25-29 yaşda isə 13 514 olub.

AzVision.az


Teqlər:





Xəbər lenti