BMT rəsmisi Azərbaycana gələcək

   BMT rəsmisi Azərbaycana gələcək
  28 Sentyabr 2022    Oxunub:657
BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Maimuna Mohd Şərif Azərbaycana səfər edəcək.
BMT-nin Azərbaycandakı ofisinin Mətbuat Xidmətindən AzVision.az -a bildirilib ki, Maimuna Mohd Şərif oktyabrın 5-6-da keçiriləcək Milli Şəhərsalma Forumunda iştirak etmək üçün Azərbaycana gələcək.

Tədbirin əsas məqsədi dayanıqlı inkişaf və şəhərlərin bərpasına təkan verən beynəlxalq təcrübələrin mübadiləsi, şəhərlərin bərpasında Azərbaycan modelinin öyrənilməsi, habelə dünyanın müxtəlif yerlərində oxşar problemlərlə üzləşən mütəxəssislər və siyasət qurucuları ilə əlaqələrin qurulmasıdır.

Forumun təşkilatçıları Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, UN-HABITAT və ADA Universitetidir.

AzVision.az



Teqlər:





Xəbər lenti