"Tramp Meksikanı bombalamağı planlayırmış" - “The Washington Post”

   "Tramp Meksikanı bombalamağı planlayırmış" -    “The Washington Post”
  28 Sentyabr 2022    Oxunub:7302
ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkəsinin Meksikadakı narkotik laboratoriyalarını bombalamaq imkanlarını araşdırıb. AzVision.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Nəşr "The New York Times" əməkdaşı olan Meqqi Habermanın yazdığı “Etibarlı Adam: Donald Trampın meydana atılması və Amerikanın dağılması” kitabına istinad edib.

Politico: “Tramp həbs oluna bilər”
"O, məsələni bir neçə dəfə qaldıraraq, çaş-baş qalan müdafiə naziri Mark Esperdən ABŞ-ın həqiqətən laboratoriyaları bombalaya biləcəyini soruşub", - Haberman yazıb.

Qeyd edək ki, Habermanın məlum kitabının oktyabrın 4-də satışa çıxacağı gözlənilir. O, Trampın bir sahibkar kimi həyatını, 2017-2021-ci illərdə dövlət başçısı kimi fəaliyyətini və 2020-ci ilin noyabrında keçirilən seçkilərdə hazırkı prezident Co Baydenə uduzmasının nəticələrini əks etdirir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Tramp   Meksika   ABŞ  





Xəbər lenti