2026-cı ilə qədər azad olunmuş ərazilərə 66 min sakin köçürüləcək

 2026-cı ilə qədər azad olunmuş ərazilərə 66 min sakin köçürüləcək
  28 Sentyabr 2022    Oxunub:635
2022-2026-cı illəri əhatə edən ilkin mərhələdə azad olunmuş ərazilərə təxminən 66 000 sakinin köçürülməsi planlaşdırılır.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun işğaldan azad olunmuş ərazilərindəki Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov deyib.

O əlavə edib ki, 2020-ci ilin noyabrından bu günə qədər 530 milyon kvadratmetr ərazi minadan təmizlənib.

“Həmin ərazilərdən 66000-dən çox mina və partlamamış sursat aşkar edilib.
BMT-nin müstəqil ekspertləri proqnozlaşdırıb ki, işğaldan azad olunmuş ərazilərdə 1 milyona yaxın mina və partlamamış sursat var və onların tamamilə təmizlənməsi üçün 25 il vaxt və 50 milyard dollar vəsait lazım olacaq”, - deyə o qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti