Ərdoğan Zelenski ilə danışdı

   Ərdoğan Zelenski ilə danışdı
  28 Sentyabr 2022    Oxunub:558
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Ukrayna lideri Vladimir Zelenski ilə telefon danışığı aparıb.
Türkiyə Prezident Administrasiyasının Əlaqələr Ofisindən bildirilib ki, dövlət başçıları Ukrayna və Rusiya arasında müharibə ilə bağlı prosesləri müzakirə ediblər.

Türkiyə lideri Ukrayna ilə Rusiya arasında əsirlərin mübadiləsinə dair sazişin uğurla həyata keçirilməsindən məmnunluğunu ifadə edərək, bu istiqamətdə işlərin uzun müddətdir aparıldığını qeyd edib.

Ərdoğan bildirib ki, Ukraynanın Rusiyanın nəzarətində olan ərazilərində birtərəfli referendumlar diplomatik prosesin intensivləşdirilməsi səylərini çətinləşdirir.

O vurğulayıb ki, Türkiyə sülh danışıqları yolu ilə müharibənin dayandırılmasına mümkün töhfə verməyə hazırdır.

Ərdoğan Ukrayna taxılının Qara dəniz vasitəsilə tədarükünə dair razılaşmanın effektivliyini xatırladıb, Zaporojye atom elektrik stansiyası məsələsində də oxşar razılaşmanın əldə oluna biləcəyini istisna etməyib.

"Ankaranın Zaparojjya Atom Elekstrik Stansiyası ətrafında silahsızlaşdırılmış zonanın yaradılması məsələsində vasitəçilik təklifi qüvvədə qalır", - siyasətçi bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti