Bu il Qubada 10 körpə ölümü qeydə alınıb

 Bu il Qubada 10 körpə ölümü qeydə alınıb
  28 Sentyabr 2022    Oxunub:765
Cari ilin sentyabrın 1-nə olan məlumata əsasən, Quba Rayon Perinatal Mərkəzdə 10 uşaq ölümü qeydə alınıb.
AzVision.az xəbər verir ki, bunu Quba Rayon Perinatal Mərkəzin direktoru Şəhla Həsənova məlumat verib.

O bildirib ki, ölənlər həddən artıq azçəkili və riskli hamiləlikdən doğulan körpələr olub:

"Hazırda klinikada ən az çəkili uşaq 990 qramdır. Hamiləyin 27-ci həftəsində dünyaya gəlib. Vəziyyəti orta-ağırdır. Həyatda saxlanılması üçün həkimlər əllərindən gələn bütün addımlar atırlar. Ümumilikdə hazırda küvəzdə 5 vaxtından əvvəl doğulan körpə var".

O qeyd edib ki, mərkəzdə il ərzində 300-ə yaxın vaxtından əvvəl doğuş gerçəkləşdirilib:

"Ölkədə ən aşağı körpə ölümü məhz burada qeydə alınıb. Körpə ölümü 5,8 promildir. Ümumilikdə isə bu il 1800-ə yaxın körpə dünyaya gəlib".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti