Belarusdan gözlənilməz döyüş və səfərbərlik hazırlığı

   Belarusdan gözlənilməz döyüş və səfərbərlik hazırlığı
  28 Sentyabr 2022    Oxunub:629
Belarusda Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının hərbi hissələrindən birinin döyüş və səfərbərlik hazırlığının qəfil yoxlanılmasına başlanılıb. AzVision.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Bu gün Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının təlim planına uyğun olaraq, bir ay ərzində baş tutacaq 06752 saylı hərbi hissənin döyüş və səfərbərlik hazırlığının qəfil yoxlanılmasına başlanılıb", - məlumatda deyilir.

Müdafiə Nazirliyinin yoxlamaları zamanı bir sıra məsələlərə baxılacaq. "Bunlardan başlıcası hərbi xidmətə cəlb olunanların xidmətə çağırılması və onların ixtisaslarının bərpası, hərbi və xüsusi təyinatlı vasitələrin qaydaya uyğun olaraq anbardan çıxarılması olacaq ki, burada da onun döyüş hazırlığını yoxlanılacaq", - Nazirlik deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Belarus  





Xəbər lenti