ABŞ-dan vətəndaşlara çağırış: "Təcili Rusiyanı tərk edin"

   ABŞ-dan vətəndaşlara çağırış:    "Təcili Rusiyanı tərk edin"
  28 Sentyabr 2022    Oxunub:1060
ABŞ-ın Moskvadakı səfirliyi öz vətəndaşlarını Rusiyanı dərhal tərk etməyə çağırıb və məlumatda qeyd edilir ki, “bunun üçün hələ də imkanlar var”.
AzVision.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin saytında məlumat yayılıb.

"ABŞ vətəndaşları Rusiyaya səfər etməməlidirlər, Rusiyada yaşayan və ya bu ölkə daxilində səfərlər edənlər kommersiya səyahətləri üçün hələ də məhdud imkanlar olduğu halda ölkəni dərhal tərk etməlidirlər", - vətəndaşlara çağırışda qeyd edilib.

Hesabatda qeyd edilir ki, hazırda kommersiya uçuşlarının sayı son dərəcə məhduddur və çox vaxt səfərdən əvvəl qısa müddətdə bilet almaq mümkün olmur. "Maşın və ya avtobusla gediş, yerüstü marşrutlar hələ də açıqdır. Əgər Rusiyanı tərk etmək istəyirsinizsə, bunu mümkün qədər tez və özünüz həll etməlisiniz", - səfirlikdən bildiriblər.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ   Rusiya  





Xəbər lenti