Koçaryan: "Rusiyanı inandırmalıyıq ki, belə siyasətlə bizi itirə bilər"

      Koçaryan:    "Rusiyanı inandırmalıyıq ki, belə siyasətlə bizi itirə bilər"
  28 Sentyabr 2022    Oxunub:613
"Ermənistan rəhbərliyi Rusiya ilə münasibətlərin strategiyasını dəyişməlidir". Bunu Ermənistanın ikinci prezidenti Robert Koçaryan mətbuat konfransında deyib.
O, bildirib ki, Rusiya regionda real imkanları olan yeganə oyunçu olaraq qalır.

"Mən düşünmürəm ki, ABŞ və ya Fransa bizim təhlükəsizliyimizə görə məsuliyyəti öz üzərinə götürəcək. Çünki yerlərdə (regionda) real imkanlar yalnız Rusiyadadır", - Koçaryan bildirib.

Onun sözlərinə görə, Rusiya bu gün Ukraynadakı vəziyyət, eləcə də müttəfiqi Ermənistanın məğlubiyyəti ilə sıxışıb.

Sabiq prezident vurğulayıb ki, Rusiya Cənubi Qafqaz regionunda bundan sonra da təmsil olunacaq və onu Azərbaycanla münasibətlərdə öz maraqlarını müdafiə etməkdə ittiham etmək mənasızdır.

“Biz heç nə etmirik və sonra müttəfiqimizin Azərbaycanla fəal əlaqələr qurmasından şikayətlənirik.

Biz də çalışmalıyıq ki, Rusiyanı inandıraq ki, Ermənistan hələ də regionda nəyisə ifadə edir və belə siyasətlə bizi itirə bilərlər. Bununla belə, biz Rusiya Federasiyası ilə münasibətləri korlaya bilmərik”, - deyə Koçaryan bildirib.

Rusiya ilə müttəfiqlik yaratmaq tərəfdarı olaraq qalıb-qalmadığı sualını cavablandıran eks-prezident bildirib ki, indiki mərhələdə bu, Ermənistan üçün həll yolu deyil. İstənilən hərəkət mövcud vəziyyətə uyğun olmalıdır.

Koçaryan eyni zamanda qeyd edib ki, anti-Rusiya əhval-ruhiyyəsini qabartmaq ilk növbədə Ermənistana zərər verəcək və bunu başa düşmək lazımdır.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:





Xəbər lenti