"ABŞ Ukraynaya nüvə zərbəsini proqnozlaşdıra bilməyəcək" - Politico

   "ABŞ Ukraynaya nüvə zərbəsini proqnozlaşdıra bilməyəcək" -    Politico
  28 Sentyabr 2022    Oxunub:4186
Kremlin Rusiya ərazilərini “bütün növ silahlarla” qoruyacağı ilə bağlı son təhdidləri ABŞ-ı hərəkətə keçirib. "Politico"nun məlumatına görə, Vaşinqton Rusiya ordusunun hər hansı fəaliyyəti və ya Putinin nüvə silahından istifadəyə dair göstəriş verməsini əks etdirən istənilən informasiyaya nəzarəti gücləndirib.
Nəşr yazır ki, bununla belə, Rusiyanın gözlənilən hər hansı hücumu ilə bağlı kəşfiyyat məlumatı əldə etmək çətin proses olacaq. Mövzu ilə bağlı danışan və adı açıqlanamayan ABŞ rəsmisinin sözlərinə görə, təxminən Rusiyanın 20 xüsusi silah sistemi var ki, onlar həm adi partlayıcı maddələr, həm də zəif gücdə olan nüvə başlıqları daşıya bilirlər.

Beynəlxalq ictimaiyyətə açıq olan məlumatlara görə, Moskvanın 1900-dən çox taktiki nüvə başlığı var. Bunlara qeyri-strateji nüvə başlıqları da deyilir.

"Putin taktiki nüvə silahından istifadə edə bilər" - New York Times
- Bu, qanadlı raketlərdən tutmuş nüvə torpedalarına, qravitasiya bombalarına və orta mənzilli ballistik raketlərə qədər olan hər silahı əhatə edir - ABŞ rəsmisi qeyd edib.

Mənbənin sözlərinə görə xüsusi xidmət orqanları əmindirlər ki, Rusiya Ukraynaya və ya NATO ölkələrinə kütləvi hücuma keçməklə, tammiqyaslı nüvə müharibəsi riskinə getməyəcək.

- Onlar heç vaxt strateji nüvə silahlarından istifadə etməyəcəklər. Ruslar heç vaxt qitələrarası ballistik raket də buraxmayacaq, və ya bombardmançı təyyarələri (Tu-95) meqaton sinfinə aid döyüş başlıqları ilə təchiz etməyəcəklər. Onlar qısa mənzilli silahlardan istifadə edəcəklər, - hökumət rəsmisi qeyd edib.

Həmçinin, müəllif yazıb ki, Rusiyanın döyüş meydanlarında istifadə etmək üçün Yaponiyaya atılan bombalara bərabər və ya ondan üstün olan daha kiçik atom silahlarına sahib olması məlumdur.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Nüvə   Rusiya   ABŞ   Ukrayna  





Xəbər lenti