Tehran dialoq platformasına çevrilməyə hazırdır - İran səfiri

   Tehran dialoq platformasına çevrilməyə hazırdır -    İran səfiri
  28 Sentyabr 2022    Oxunub:514
Tehran İrəvanla Bakı arasında danışıqlar platformasına çevrilməyə hazırdır. Bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyovla görüşündə deyib.
Musəvi bildirib ki, İran Azərbaycan və Ermənistana ikitərəfli və üçtərəfli görüşlər çərçivəsində, eləcə də Tehranda regional 3+3 təşəbbüsü çərçivəsində davamlı sülh əldə etmək üçün kömək etməyə hazırdır.

Bildirilir ki, tərəflər ikitərəfli münasibətlərə dair məsələləri, Cənubi Qafqazdakı vəziyyəti və regionla bağlı məsələlərdə İranın prinsipial mövqeyini müzakirə ediblər.

Xatırladaq ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahiyan Nyu-Yorkda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdə Tehranın problemlərin və fikir ayrılıqlarının sülh yolu ilə həllinə kömək etmək üçün Yerevan və Bakı ilə məsləhətləşmələrə hazır olduğunu bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti