Qeyri-rəsmi nikahdan doğulan uşaqların SAYI

   Qeyri-rəsmi nikahdan doğulan uşaqların    SAYI
  28 Sentyabr 2022    Oxunub:625
2010-2021-ci illərdə rәsmi qeydә alınmamış nikahda olan qadınlar tәrәfindәn diri doğulan uşaqların sayı açıqlanıb.
AzVision.az xəbər verir ki, bu barədə "Azərbaycan gəncləri" statistik məcmuəsində qeyd edilib. Bildirilib ki, 2010-cu ildə 25385, 2015-ci ildə 24038, 2016-cı ildə 26288, 2017-ci ildə 22796, 2018-ci ildə 20716, 2019-cu ildə 21453, 2020-cu ildə 17714, 2021-ci ildə isə 17566 uşaq rəsmi qeydә alınmamış nikahda olan qadınlar tәrәfindәn dünyaya gətirilib.

15-29 yaşlı rәsmi qeydә alınmamış nikahda olan qadınlar tәrәfindәn 2010-cu ildə 20518, 2015-ci ildə 19701, 2016-cı ildə 21662, 2017-ci ildə 18671, 2018-ci ildə 16792, 2019-cu ildə 17160, 2020-cu ildə 14085, 2021-ci ildə isə 13694 uşaq doğulub.

15-19 yaşda rәsmi qeydә alınmamış nikahda olan qadınlar tәrәfindәn 2010-cu ildə 4787, 2015-ci ildə 6370, 2016-cı ildə 7094, 2017-ci ildə 6065, 2018-ci ildə 5527, 2019-cu ildə 5850, 2020-cu ildə 4955, 2021-ci ildə isə 4547 uşaq dünyaya gəlib.

AzVision.az


Teqlər:





Xəbər lenti