Merkel Putinin sözlərini ciddi qəbul etməyə çağırıb

   Merkel Putinin sözlərini ciddi qəbul etməyə çağırıb
  28 Sentyabr 2022    Oxunub:592
Almaniyanın keçmiş kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinin sözlərini ciddi qəbul etməyə çağırıb. Bu barədə Almaniyanın “Süddeutsche Zeitung” nəşri məlumat yayıb.
Merkel Federal Kansler Helmut Kol Fondunun açılışında iştirak edib. O, çıxışı zamanı mövcud siyasi gündəmə toxunub. O xatırladıb ki, bir dəfə Rusiya liderinin sözlərini ciddi qəbul etmək lazım olduğunu demişdi, indi isə bunun vacibliyini bir daha vurğulayır.

"Onun sözlərini ciddi qəbul etməlisiniz. Onun sözlərini blef kimi başa düşmək olmaz. Bu, heç də zəiflik deyil, əksinə siyasi müdriklik əlamətidir",- Merkel bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti