"2 il keçib, hələ də bilmirik ki, müharibədə baş komandanımız kim olub" - Erməni jurnalist

 "2 il keçib, hələ də bilmirik ki, müharibədə baş komandanımız kim olub" -  Erməni jurnalist
  28 Sentyabr 2022    Oxunub:503
Ermənilərin tanınmış ictimai xadimi, araşdırmaçı jurnalist Oskan Sarkisyan İkinci Qarabağ müharibəsinin növbəti ildönümü ilə bağlı maraqlı yazı dərc edib. xəbər verir ki, o, məqaləsində İrəvanın xaotik idarəçiliklə döyüşlər apardığını deyib.
“İki il əvvəl, 2020-ci il sentyabrın 27-də Qarabağda proqnozlaşdırılan müharibə başladı. Lakin nədənsə Ermənistan hökuməti buna lazımi səviyyədə hazırlaşmadı. İki ildən çox vaxt keçib, hökumət hələ də tam şəkildə bütün qurbanların adlarını açıqlamayıb və bu amil qurbanların sayının rəsmi şəkildə dərc ediləndən qat-qat çox olduğunu göstərir", - məqalədə yazılıb.

Məğlubların matəmi: Erməni valideynləri nələr deyir?..
Jurnalist daha bir tragikomik haldan gileylənib ki, bu da müharibədən iki il sonra döyüşlərə konkret kimin rəhbərlik etməsinin hələ də məlum olmamasıdır.

"Bu kim olub? Cəlal Arutyunyan, Mikayel Arzumanyan, Onik Qasparyan və ya özünün hərbi və komandanlıq qabiliyyətinə şübhə ilə yanaşanlara hücum edən, özünü baş komandan adlandıran Nikol Paşinyan? Azadlıq mübarizəsində iştirak etməmiş və hərbi keçmişi olmayan biri? Həmin müharibədə həlak olan sonuncu əsgərin cənazəsi dəfn edildikdən sonra müharibə başa çatacaq. 2020-ci ilin müharibəsi hələ də bitməyib", - Sarkisyan yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Müharibə   Jurnalist  





Xəbər lenti