Koçaryan gileyləndi: “Biz dərin təhlükəsizlik böhranındayıq"

      Koçaryan gileyləndi:    “Biz dərin təhlükəsizlik böhranındayıq"
  28 Sentyabr 2022    Oxunub:556
Ermənistanın ikinci prezidenti, hərbi cani Robert Koçaryan ölkəsinin uçuruma yuvarlanmasından gileylənib. O, mətbuat konfransında Azərbaycanın gücünün artmasını etiraf vedərək belə bir mənzərə fonunda İrəvanın xeyli geri addımlamasını tənqid edib.
“Biz dərin təhlükəsizlik böhranındayıq. Hökumət ölkənin ərazi bütövlüyünü qoruya bilmədi. Son proseslər isə onu göstərdi ki, onlar müttəfiqlərimizi müqavilələrdə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsinə cəlb edə bilmirlər. Hökumət sülh dövrünün başlanmas tezisi ilə üz-üzə qaldı. O, sadəcə olaraq bu tezis altında bir çox təhlükəsizlik məsələlərinə məhəl qoymadı”, - Robert Koçaryan deyib.

"Xankəndidəkilərin Bakıdan asılılığı artıb" - Hərbi cani
Hərbi cani qeyd edib ki, regional proseslərdə Bakı və Ankaranın rolu xeyli artıb. Bu vəziyyətdə İrəvanın təhlükəsizlik məsələlərinə məhəl qoymaması isə sadəcə olaraq cinayətkar davranışlardır. Baş nazirin BMT-dəki çıxışı sülh erasının panegirikası idi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Robert-koçaryan   Böhran   Ermənistan  





Xəbər lenti