DSX sədri “Dəmir yumruq” abidə kompleksinin açılışını edib - FOTOLAR

DSX sədri “Dəmir yumruq” abidə kompleksinin açılışını edib -    FOTOLAR
  28 Sentyabr 2022    Oxunub:564
Sentyabr ayının 27-də Dövlət Sərhəd Xidmətində (DSX) müqəddəs torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşən, üçrəngli zəfər bayrağımızı azad edilən torpaqlarda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə əbədi ehtiramın ifadəsi olan Anım Gününün 2-ci ildönümü münasibətilə tədbir keçirilib, "Dəmir yumruq” abidə kompleksinin açılışı olub.
Bu barədə AzVision.az -a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə DSX-nin rəisi general-polkovnik Elçin Quliyev, Vətən müharibəsində xalqımızın yenilməzliyini, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ətrafında xalq-dövlət-ordu birliyinin sarsılmaz vəhdətini, Azərbaycan Silahlı Qüvvə­lə­ri­nin qüdrətini, zəfərimizi və şəhidlərimizin əziz xatirəsini tərənnüm edən “Dəmir yumruq” abidə kompleksinin açılışını edib.

Daha sonra tədbirdə torpaqlarımızın azadlığı uğrundan şəhidlik zirvəsinə yüksələn hərbi qulluqçuların əziz xatirəsi Hərbi Orkestr tərəfindən “Təzim” marşının ifası ilə bir dəqiqəlik sükütla yad edilib.

General-polkovnik Elçin Quliyev tədbirdə tariximizin ən böyük sərkərdəsi İlham Əliyevin rəhbərliyi altında “Dəmir yumruq” əməliyyatı nəticəsində 30 illik işğala son qoyularaq ərazi bütövlüyümüzün bərpa olunduğunu, 44 gün davam edən Vətən müharibəsinin Azərbaycan Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatdığını, tarixi zəfərimizin təmin edildiyini vurğulayıb.

Vətən müharibəsi zamanı DSX-nin qarşısında müzəffər Ali Baş Komandan tərəfindən qoyulan döyüş tapşırıqlarının uğurla icra olunduğu, Azərbaycan sərhədçilərinin qəhrəmanlıq və şücaət göstərmələri qeyd edilib.

Torpaqlarımızın azad edilməsi uğrunda apardığımız haqq savaşında Silahlı Qüvvələrimizin, o cümlədən DSX-nin heyəti arasında şəhidlik zirvəsinə yüksələn hərbiçilərin fədakarlığının yaddaşlardan heç bir zaman silinməyəcəyi, axıtdıqları qanları ilə müqəddəs torpaqlarımızı Vətənə qovuşduran qəhrəmanlarımızın əziz xatirələrinin hər zaman qürur və ehtiramla yad ediləcəyi, onların gələcək nəsillərə qoyduğu qəhrəmanlıq mirasının daima uca tutulacağı vurğulanıb.

DSX-nin bütün hərbi hissə və bölmələrində Anım Gününün 2-ci ildönümü ilə əlaqədar tədbirlərin keçirildiyi qeyd edilib, həmçinin şəhidlərin xatirələrinin əbədiləşdirilməsi, onların ailələrinin və qazilərin sosial müdafiəsinin dövlət siyasətinin əsas istiqamətlərindən olduğu bildirilib.

Vətən müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı fədakarlıqla döyüşən sərhədçilərin bu gündə səngərdə və sərhəddə böyük əzmlə xidmət apardıqları, ərazi bütövlüyü bərpa edilən ölkəmizin bütün hüdudları boyunca dövlət sərhədlərinin toxunulmazlığının qətiyyətlə təmin olunduğu, milli maraqlarımızın ən yüksək səviyyədə müdafiə edildiyi ifadə olunub.

Tədbirdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə yaradılan DSX Akademiyasının Vətəninə, xalqına və dövlətinə sadiq peşəkar sərhədçi zabitlərin yetişdirilməsində əhəmiyyətli rolu qeyd edilib.

Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu müqəddəs savaşda DSX-nin qarşısında qoyulan döyüş tapşırıqlarının layiqincə icra edildiyi, Azərbaycan sərhədçilərinin göstərdikləri igidlik nümunələri vurğulanıb, "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülən sərhədçilər sırasında 4 hərbi qulluqçunun DSX Akademiyasının məzunu olması xüsusi olaraq bildirilib.

Çıxışda dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, Ermənistanla dövlət sərhədi işğaldan azad olunduqdan sonra bu ərazilərdə dövlət sərhədlərimizin mühafizəsinə DSX Akademiyasının məzunu olan sərhədçi-zabitlərin öz önəmli töhfələrini verəcəklərinə, milli maraqlarımızın təmin edilməsi üzrə bütün tapşırıqları ən yüksək səviyyədə icra edəcəklərinə əminlik ifadə olunub.

Anım mərasiminin sonunda DSX-nin şəxsi heyəti Vətən müharibəsinə həsr olunan Dövlət xətti” sənədli filmini izləyib.





















AzVision.az


Teqlər:





Xəbər lenti