"Xankəndidəkilərin Bakıdan asılılığı artıb" - Hərbi cani

   "Xankəndidəkilərin Bakıdan asılılığı artıb"  -    Hərbi cani
  28 Sentyabr 2022    Oxunub:561
“Əgər hər şey belə davam edərsə, sonrakı danışıqlar prosesi aşağıdakı formatda olacaq: Bakı-Xankəndi və müəyyən mənada Moskva. Belə formatın gələcək nəticələrini qiymətləndirmək üçün ekspertlərimizi və jurnalistlərimizi dəvət edəcəyəm”.
AzVision.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti, hərbi cani Robert Köçəryan mətbuat konfransı zamanı deyib.

“Qarabağ məsələsi ilə bağlı təəssüratlarım ondan ibarətdir ki, Xankəndidəkilər indiki vəziyyətə bir növ uyğunlaşıblar. Təbii ki, oradakı "hökumət nümayəndələri" (Separatçıları nəzərdə tutur-red.) bəyanatlarında öz müqəddəratını təyinetmə, suverenlik və hansısa respublikadan danışırlar. Lakin danışıqlarda mövzu bir qədər fərqlidir”, - Köçəryan deyib.

O qeyd edib ki, son dövrlərdə Qarabağ ermənilərinin, Xankəndidə oturanların rəsmi Bakıdan asılılığı artıb.

“Yeni yolla paralel olaraq Xankəndiyə qaz xəttinin çəkilməməsi, elektrik dirəklərinin yerinin dəyişməməsi, əvvəlki rabitə kabellərinin köhnə yolda qalması elə bir asılılıq yaradır ki, Azərbaycan hər an qarabağdakı erməniləri dalana dirəyə bilər. "Qarabağ hökuməti" üçün isə bu həm də Azərbaycanla əməkdaşlıq etməyin nəyə görə zəruri olduğunun izahı olacaq”, - Köçəryan gileylənib.

Tural Tağıyev
AzVision.az

Teqlər: Qarabağ   Xankəndi  







Xəbər lenti