Qazilərlə bağlı kordinasiya mərkəzi yaradılıb

   Qazilərlə bağlı kordinasiya mərkəzi yaradılıb
  28 Sentyabr 2022    Oxunub:756
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində qazilərlə yardım edilməsi ilə bağlı kordinasiya mərkəzi yaradılıb.
AzVision.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli deyib.O bildirib ki, hər rayon mərkəzi xəstəxanalarında o bölgədəki qazilərin sayına görə koordinatorlar işə götürülüb:

"Qazilər növbədənkənar qəbul edilib, xidmət göstərilir. Onlar əgər müayinə və müalicəni özəldə istəyirsə, onlara göndəriş verilir. Həmçinin müalicəsi rayonda olmadıqda, həmin şəxslər Bakıya yönləndirilir".

H.İbrahimli bildirib ki, qazilərə yardım göstərilməsi üçün eyni zamanda ayrıca psixoloq ştatı yaradılıb və onlarla danışılır.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti