Dünyada koronavirusa yoluxanların sayı 621 milyona çatıb

Dünyada koronavirusa yoluxanların sayı 621 milyona çatıb
  28 Sentyabr 2022    Oxunub:544
Dünyada koronavirusa yoluxma hallarının sayı 620 980 154-ə çatıb.
AzVision.az xəbər verir ki, indiyədək 6 milyon 542 min 165 nəfər COVID-19-dan dünyasını dəyişib. Həmçinin dünyada koronavirusa yoluxmuş 601 milyon 220 min 62 nəfər sağalıb.

Koronavirusa ən çox ölüm (1 082 030) və yoluxma (97 959 573) ABŞ-da qeydə alınıb. COVID-19-a yoluxma üzrə siyahıda ikinci yerdə Hindistan (44 575 473), üçüncü yerdə Fransa (35 238 174, son sutkada daha 73 639 yoluxma), dördüncü yerdə Braziliya (34 681 231), beşinci yerdə Almaniya (33 041 332), altıncı yerdə Cənubi Koreya (24 673 663) qərarlaşıb.

Son sutkada dünyada koronavirusa ümumilikdə 352 963 yoluxma, 570 ölüm qeydə alınıb. Ötən gün daha 395 982 insan COVID-19-dan sağalıb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti