"Mənə oğlumun üç ayağını veriblər" - Erməni əsgər atası

   "Mənə oğlumun üç ayağını veriblər" -    Erməni əsgər atası
  27 Sentyabr 2022    Oxunub:1732
Bu gün Azərbaycanda anım tədbirləri qələbə ab-havasında təşkil olunsa da, İrəvanda 44 günlük müharibənin başlanmasının ildönümü etiraz, narazılıq, matəm ovqatında keçirilib.
Müharibədə öldürülmüş hərbçilərin valideynləri dünən gecə saatlarından başlayaraq Yerablur hərbi panteonuna toplaşıblar. Valideynlərin bir qismi isə hakimiyyət əleyhinə müxtəlif qurumların qarşısında piket keçiriblər.

Məğlubların matəmi: Erməni valideynləri nələr deyir?..
Narazı valideynlərdən birinin jurnalistlərə verdiyi açıqlama isə tragikomik faktları ortaya qoyub.

44 günlük müharibədə itkin düşən əsgərin atası deyib ki, ona DNT analizləri əsasında cəsəd qalıqları veriblər ki, burada da yalnız üç ayaq olub.

- Şəxsən mənə oğlumun üç ayağını verdilər. Dedilər ki, bu da sənin övladının cəsəd qalıqlarıdır, - erməni valideyn aidiyyəti qurumların anormal fəaliyyətindən gileylənib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Cəsəd   Ayaq   Valideyn  





Xəbər lenti