Ermənilər hüzndə, Anna Akopyan isə kef eləyir

Ermənilər hüzndə,    Anna Akopyan isə kef eləyir
  27 Sentyabr 2022    Oxunub:3690
Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsi növbəti dəfə yerli medianın hədəfinə tuş gəlib. Müxalif saytlarla yanaşı sosial şəbəkələrin erməni seqmenti baş nazirin xanımının bugünki İnstaqram paylaşımını sərt şəkildə tənqid edib.
"Jam" saytı ölkənin matəm ab-havasında olduğu bir gündə Anna Akopyanın və qızının erməni cəmiyyətini saya salmamasını pisləyib.

Etirazçılar Anna Akopyana bəzək əşyaları gətirdilər - VİDEO
"Ermənistan və Qarabağda yaşayan minlərlə erməni 44 günlük müharibədə öldürülmüş hərbçilərin məzarlarını ziyarət edərkən, Nikolun həyat yoldaşı özünün İnstaqram səhifəsində xoş anlarını əks etdirən fotolar yerləşdirir", - məqalədə yazılıb.

Akopyanı tənqid edənlər yazırlar ki, o, 27 sentyabrda 44 günlük müharibənin acı nəticələrinə dair heç nə paylaşmasa da, gərək heç olmasa belə ağrılı ildönümündə özünün xoşbəxt anlarını göstərən fotoları yaymazdı. Axı o, ölkənin bir nömrəli şəxsinin ailəsidir.

Qeyd edək ki, Anna Akopyanın xalqı üçün həssas günlərdə bu cür davranması ilk dəfə deyil. O bir dəfə müharibədə öldürülmüş əsgərin yasına qatılarkən gülən siması ilə diqqət çəkmişdi. Bundan başqa, "soyqırımı" kompleksini gülərək gəzməsi də cəmiyyətdə narazılığa səbəb olmuşdu.




Tural Tağıyev
AzVision.az

Teqlər:   Ermənistan   Anna-Akopyan  







Xəbər lenti