Məşhur erməni vəkili MTX yaxınlığında öldürmək istədilər

   Məşhur erməni vəkili MTX yaxınlığında öldürmək istədilər
  27 Sentyabr 2022    Oxunub:393
Ermənistanda məşhur vəkil Qayane Papoyana hücum olub. AzVision.az xəbər verir ki, bu barədə hüquqşünas özü Facebookda məlumat yayıb.
“Cəzasızlıq Milli Təhlükəsizlik Xidmətinin (MTX) binasına da çatdı.
Bu gün səhər saatlarında Milli Təhlükəsizlik Xidmətinin binasının yaxınlığında, nəzarət-buraxılış məntəqəsinin həyətyanı sahəsində bir nəfər kəsici-deşici alətlə mənə hücum etdi.

Erməni əsgər hərbi hissədən qumbara götürüb evi partlatdı
Bundan sonra qaçaraq Milli Təhlükəsizlik Xidmətinin qəbul otağına daxil oldum və MTX əməkdaşlarını köməyə çağırdım. Həmin vaxt hücum edən şəxs əlindəki alətlə ərazidə saxladığım avtomobilimə də ziyan vurub.

Polisə zəng etdim, bir müddət sonra polis və Kentron İstintaq İdarəsinin müstəntiqləri gəldi. Təxminən 2 saat sonra həmin şəxs tapılaraq saxlanılıb", - statusda yazılıb.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Ermənistan   Vəkil  







Xəbər lenti