Sentyabr ayının müavinət, təqaüdləri ödənilib

Sentyabr ayının müavinət, təqaüdləri ödənilib
  27 Sentyabr 2022    Oxunub:277
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu sentyabr ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün ödəyib.
Nazirlikdən AzVision.az -a verilən məlumata görə, vətəndaşlar bu sosial ödənişlərini onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Bundan əvvəl, sentyabrın 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, sentyabrın 15-də ölkəmizin digər bölgələri üzrə pensiyalar (o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar) ödənilib.

Beləliklə, bütün sosial təminat növləri üzrə sentyabr ayının sosial ödənişləri bu gün yekunlaşıb.

AzVision.az

Teqlər:







Xəbər lenti