Putin azərbaycanlı veterana məktub göndərdi

   Putin azərbaycanlı veterana məktub göndərdi
  27 Sentyabr 2022    Oxunub:744
Rusiya prezidenti Vladimir Putin Yamalda yaşayan azərbaycanlı veteran İsa Əli oğlu İmaməliyevi 90 illik yubileyi münasibəti ilə təbrik edib.
AzVision.az xəbər verir ki, bu barədə Purov rayonunun rəhbəri Anton Kolodin teleqram kanalında məlumat paylaşıb.

O bildirib ki, Rusiya lideri azərbaycanlı veterana məktub göndərib.

“Mən hörmətli sakinimizə prezident Vladimir Putinin təbrik məktubunu çatdırmaqdan məmnun oldum. İsa Əli oğlu çox müdrik, ruhən güclü, nikbin və həmişə qonaqpərvərdir. Bu gün o, xoşbəxt həyat yoldaşı, ata və babadır. Qoy, bu, uzun müddət davam etsin!”, - deyə Anton Kolodin vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti