Latviya səfirliyi: "Bütün regiona sülh, firəvanlıq arzu edirik”

      Latviya səfirliyi:    "Bütün regiona sülh, firəvanlıq arzu edirik”
  27 Sentyabr 2022    Oxunub:612
Latviyanın Azərbaycandakı səfirliyi İkinci Qarabağ müharibəsində həlak olanların xatirəsini yad edib.
AzVision.az xəbər verir ki, bu barədə səfirliyin feysbuk səhifəsində paylaşım edilib.

"Latviya səfirliyi adından 2020-ci il müharibəsində həlak olanların xatirəsinin Anım Günündə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Azərbaycan xalqına və bütün regiona sülh və firəvanlıq arzu edirik", - paylaşımda deyilir.

Xatırladaq ki, bu gün Vətən müharibəsinin başlamasından iki il ötür. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb.

Bu gün Azərbaycanda Vətən Müharibəsində həlak olmuş şəhidlərin Anım Günü kimi qeyd olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti