Müharibədə ölən rusların banka borcları silinəcək

   Müharibədə ölən rusların banka borcları silinəcək
  27 Sentyabr 2022    Oxunub:733
Səfərbərliklə xüsusi hərbi əməliyyata cəlb edilən Rusiya vətəndaşları həlak olduqda və ya birinci qrup əlillik aldıqda onların banklardakı kreditləri və ipoteka borcları silinəcək.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Dumasının maliyyə bazarı komitəsinin sədri Anatoli Aksakov deyib. O, kreditlərin silinməsinin dövlət hesabına deyil, kredit təşkilatlarının hesabına baş verəcəyini deyib.

Bu məlumatı maliyyə nazirinin müavini Aleksey Moiseyev təsdiqləyib.

AzVision.az


Teqlər:





Xəbər lenti