Qazaxıstan təsdiqlədi: Ermənistan KTMT təlimlərində iştirak etmir

      Qazaxıstan təsdiqlədi:    Ermənistan KTMT təlimlərində iştirak etmir
  27 Sentyabr 2022    Oxunub:649
Qazaxıstan Müdafiə Nazirliyi Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərində iştirakdan imtina etməsini rəsmən təsdiqləyib. Bu barədə Sputnik Qazaxıstan xəbər verir.
"KTMT təlimlərində iştirak etməmək qərarı ilə bağlı rəsmi məlumat Ermənistan Müdafiə Nazirliyindən gəlib. Biz təsdiq edirik", - Qazaxıstan Müdafiə Nazirliyi qeyd edib.

KTMT-nin kollektiv qüvvələrinin təlimləri sentyabrın 26-da Qazaxıstanda başlayıb və oktyabrın 8-dək davam edəcək. Onlar komendant xidməti, hava hücumundan müdafiə və hərtərəfli təminat məsələlərini işləyəcəklər.

Ötən bazar ertəsi Ermənistan KİV-i respublikanın müdafiə idarəsinə istinadən yaymışdı ki, təlimlərdə iştirak etməmək qərarı Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə əlaqədar qəbul edilib.

Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstan daxildir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti