Şəhid kəşfiyyatçının anasına SON SÖZÜ

  Şəhid kəşfiyyatçının anasına  SON SÖZÜ
  27 Sentyabr 2022    Oxunub:1077
Bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.
Xatirəsi yad edilən şəhidlərimizdən biri də Hüseyn Tağıyev Oqtay oğludur.

Kəşfiyyatçı kimi xidmət göstərən Hüseyn sentyabrın 27-is Füzuli istiqamətində döyüşlərə qatılmaq üçün yola düşüb.O, oktyabrın 5-i Füzuli rayon Alxanbəyli kəndinə atılan minamyot nəticəsində 11 kəşfiyyatçı dostu ilə birgə şəhid olub.

Anası Tağıyeva Mətanət deyir ki, oğlu şəhid olmamışdan bir neçə gün əvvəl ona zəng edib və danışıblar.

"Sağollaşanda mənə “özündən muğayət ol” dedi. Bu sözü mənim narahat olmağıma səbəb oldu”.

Mətanət xanım deyir ki, Hüseyn çox ürəyi təmiz, vətənpərvər, böyük-kiçik yeri bilən oğul olub. Ana şəhid oğlu ilə hər zaman qürur duyduğunu bildirib:

“Övladım Məhərrəm ayında anadan olub. Həmin ayda da şəhid olub. O, dinə çox yaxın bir insan olub. İki bacının bir qardaşı idi. İndi ondan da Nazlım yadigar qaldı. Mən oğlumla fəxr edirəm. Allah bütün şəhidlərə rəhmət etsin. Məkanları cənnət olsun".





Şəms Şahinli
Foto:Əhməd Xəlilov

AzVision.az


Teqlər:





Xəbər lenti