Vilayət Quliyev etimadnaməsini təqdim edib

Vilayət Quliyev etimadnaməsini təqdim edib
  27 Sentyabr 2022    Oxunub:716
Azərbaycanın Bosniya və Herseqovinadakı yeni səfiri Vilayət Quliyev etimadnaməsini bu ölkənin Rəyasət Heyətinin sədri Şefik Caferoviçə təqdim edib.
AzVision.az xəbər verir ki, bunu diplomat özü bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin mayın 4-də imzaladığı sərəncam ilə Vilayət Muxtar oğlu Quliyev Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti