Türkiyənin daxili işlər naziri istefa verdi

   Türkiyənin daxili işlər naziri istefa verdi
  27 Sentyabr 2022    Oxunub:809
Türkiyənin daxili işlər naziri Süleyman Soylu istefa verib.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Cümhuriyyət qəzeti məlumat yayıb.

Daxili İşlər naziri Süleyman Soylunun dünən Prezident sarayında keçirilən kabinet iclasında istefa ərizəsini AKP sədri və prezident Rəcəb Tayyib Ərdoğana təqdim etdiyi iddia edilib.

Milli Qəzetdə yer alan xəbərə görə, Ərdoğanın istefaya nə cavab verəcəyi hələ məlum deyil.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti