Erməni əsgər hərbi hissədən qumbara götürüb evi partlatdı

   Erməni əsgər hərbi hissədən qumbara götürüb    evi partlatdı
  27 Sentyabr 2022    Oxunub:1124
Ermənistanda silahlı insident baş verib. Kriminal xəbər saytı "Shamshiyan"ın yaydığı məlumata görə, sentyabrın 26-da Qeqarkunikdə evlərdən birinə qumbara ilə hücum olub.
Saat 23:20 radələrində Sevan Rayon Polis Şöbəsinə silahlı şəxsin Xaçəri küçəsi, 5 ünvanında yerləşən evə daxil olaraq əşyaları dağıtması barədə məlumat daxil olub. Polis qeyd olunan küçəyə gedib və evlərdən birinin həyətində əlində halqası çıxarılmış hazır vəziyyətdə olan qumbara tutan bir nəfərin ailə üzvlərini öldürməklə hədələdiyini görüb.

Erməni əsgər hərbçi yoldaşını öldürüb
Rayon polis rəisinin rəhbərliyi ilə polislər həmin şəxslə könüllü təslim olmaq üçün danışıqlara başlayıblar. Lakin cinayətkar polis əməkdaşlarının qanuni tələbinə tabe olmayıb və əlindəki qumbaranı qonşu əraziyə atıb. Nəticədə qumbara partlayıb, evin bəzi hissələrinə ziyan dəyib. Həmin şəxs zərərsizləşdirilərək, Sevan polis bölməsinə aparılıb.

Məlum olub ki, cinayətkar 34 yaşlı Hamlet X. adlı Qeqarkunik rayon sakinidir. O, müqaviləli əsasda Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edirmiş.


O, qumbaranı xidmətdə olduğu yerdən götürdüyünü etiraf edib. Hadisə yerinə Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisinin Geqarkunik idarəsinin əməkdaşları da gəliblər. İş Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin 5-ci Qarnizon İstintaq Bölməsinə daşınıb.

Müstəntiqin göstərişi ilə partlayan sursatın hansı növ qumbara olmasını öyrənmək üçün ekspertiza təyin edilib. Məlum olub ki, Hamlet X. ailə üzvlərinin olduğu qayınatasının evində qumbara partladıbmış.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Ermənistan   Qumbara  





Xəbər lenti