Doğulduğu gün torpağa tapşırıldı: Döyüşə tələsirdi

      Doğulduğu gün torpağa tapşırıldı:    Döyüşə tələsirdi
  27 Sentyabr 2022    Oxunub:690
Bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.
İkinci Fəxri Xiyabanda şəhidlərimizin məzarları ailə üzvləri, hərbçi yoldaşları və digər şəxslər tərəfindən ziyarət edilir.

Bu gün xatirəsi yad edilən şəhidlərimizdən biri də 19 yaşlı Nəcəfov Yusif Nadir oğludur.

AzVision.az -a danışan şəhid anası Flora Nəcəfova o günləri belə xatırlayır:

“Onun ölümündən bir gün öncə mənə xəbər gəldi ki, Yusif yaralanıb. Kəlbəcərdə yaralanmışdı. 10 gün hospitalda müalicə aldı. Lakin qala bilmirdi. 10 gündən sonra Yusif yenidən döyüşə qatıldı, çünki əsgər yoldaşlarının yanına getməyə, onlarla birgə vuruşmağa tələsirdi”.

Yusif yenidən döyüşə qatıldığı elə ilk gün, oktyabrın 13-ü şəhid olur. 10 ayın əsgəri oktyabrın 14-ü isə torpağa tapşırılır. Həmin günü Yusifin 19 yaşı tamam olacaqdı.

Flora ana oğlunun şəhid adını almasının onun üçün fəxr olduğunu bildirib:

“Mənim üçün Yusif haqqında danışmaq çox çətindir. O, bizim fəxrimizdir”.





Şəms Şahinli
AzVision.az


Teqlər:





Xəbər lenti