“Şuşaya ilk olaraq qəzalı binalarda yaşayanlar köçürüləcək” - Bayram Səfərov

   “Şuşaya ilk olaraq qəzalı binalarda yaşayanlar köçürüləcək” -    Bayram Səfərov
  27 Sentyabr 2022    Oxunub:716
“Artıq Şuşada yaşayış binasının tikintisinə başlanıb. Prezidentin xüsusi nümayəndəsi bu işlərlə məşğuldur”.
AzVision.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Şuşa Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Bayram Səfərov deyib.

O bildirib ki, burada əhali ilə Şuşa Rayon İcra Hakimiyyəti işləyir.

“Yəqin ki, ilk olaraq qəzalı binalarda yaşayan sakinlər Şuşaya köçürüləcək”, - deyə icra başçısı qeyd edib.

O, Şuşa RİH-in binasının Şuşaya nə zaman köçürülməsi məsələsinə də münasibət bildirib. Bayram Səfərov qeyd edib ki, nə zaman göstəriş verilsə, RİH-in binası o zaman Şuşaya köçürüləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti