Ermənistan və Azərbaycan özləri qərar verir- Ned Prays

 Ermənistan və Azərbaycan özləri qərar verir-  Ned Prays
  27 Sentyabr 2022    Oxunub:849
Xarici işlər nazirlərinin yeni görüşü barədə Ermənistan və Azərbaycan özləri qərar verir, lakin ABŞ bu görüşləri dəstəkləməyə hazırdır.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays gündəlik brifinqində deyib.Vaşinqton hesab edir ki, birbaşa və daimi təmaslar təkcə Ermənistan və Azərbaycanın deyil, həm də region və onun hüdudlarından kənarda yerləşən ölkələrin maraqlarından irəli gəlir.

Eyni zamanda, Prays əlavə edib ki, dövlət katibi Blinken hesab edirki, tərəflərin ayın sonuna qədər mənalı danışıqları necə davam etdirmək barədə fikirləri var.

Onun sözlərinə görə, ABŞ tərəflərə ikitərəfli, üçtərəfli və çoxtərəfli səviyyədə dəstək təklif edir və Avropa İttifaqı da bu prosesdə mühüm rol oynayır. Birləşmiş Ştatlar tərəflərə hazır həll təklif edə bilməz, bunun üçün onları bir araya gətirmək və dialoqu saxlamaq lazımdır. Bu məqsədlə Birləşmiş Ştatlar həm ötən həftə, həm də daha əvvəl səylər göstərirdi, - Prays əlavə edib.

O əlavə edib ki, güc tətbiqi qəbuledilməzdir və ABŞ bunu həm danışıqlar zamanı görüşlərdə, həm də açıq şəkildə bəyan edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti