İran Rusiya və Ukraynaya silah tədarükünə qarşı çıxıb

   İran Rusiya və Ukraynaya silah tədarükünə qarşı çıxıb
  27 Sentyabr 2022    Oxunub:747
İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahiyan bildirib ki,Tehran həm Ukraynaya, həm də Rusiyaya silah tədarükünün əleyhinədir və siyasi dialoqu dəstəkləyir. Bu barədə “Al Monitor” məlumat yayıb.
Abdollahian jurnalistlərin İranın Ukraynada istifadə üçün Rusiyaya pilotsuz təyyarələr satıb-satmadığı ilə bağlı sualını cavablandırarkən deyib.

“Washington Post” yazır ki, İran artıq Rusiyaya yüzlərlə kamikadze təyyarəsini çatdırıb. Söhbət İranın İraq və Suriyada uğurla istifadə etdiyi Shahed seriyasının pilotsuz təyyarələrindən gedir.

“Washington Post” mənbələri bildirib ki, avqust ayında İran pilotsuz təyyarələrin təhvil verilməsinə dair razılaşmanın bir hissəsi olaraq ruslar üçün təlimlər keçirib.

ABŞ İranı Rusiyaya pilotsuz təyyarələr satmaqda ittiham edib. Tehranda bu xəbərlər yalan adlandırılıb və daha sonra ABŞ Milli Təhlükəsizlik Şurası Rusiyaya İran pilotsuz uçan aparatlarının satışına dair heç bir əlamət görmədiyini bildirib.

Abdollahiyan vurğulayıb ki, İranın Rusiya ilə hərbi əməkdaşlıq haqqında sazişi var. Lakin bu ölkə Ukraynadakı münaqişə tərəflərindən heç birini dəstəkləmir.

“Biz həmçinin Ukraynada sülh və atəşkəs əldə etmək səylərində iştirak etdik. Hər hansı tərəfin Ukraynaya və ya Rusiyaya silah göndərməsini yanlış hesab edirik. Biz isə siyasi dialoqa kömək etməyə və bu böhranı siyasi danışıqlar yolu ilə həll etməyə davam edəcəyik”, - deyə nazir vurğulayıb.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti