Yaponiya Rusiyadan rəsmi üzr istəməsini tələb edib

   Yaponiya Rusiyadan rəsmi üzr istəməsini tələb edib
  27 Sentyabr 2022    Oxunub:784
Tokio Yaponiyanın Vladivostokdakı Baş Konsulluğunun konsulunun saxlanmasını tamamilə qəbuledilməz hesab edir və rəsmi üzr istəməsini tələb edir. TASS yazır ki, bu barədə bu gün xarici işlər naziri Yosimasa Hayasi bildirib.
Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi Yaponiyanın Baş Konsulluğunun konsulu Motoki Tatsunorinin Vladivostokda məhdud yayılmış informasiya barədə məlumat alarkən saxlanıldığını bildirib. Yapon diplomatı diplomat statusu ilə bir araya sığmayan fəaliyyətinə görə persona non-qrata elan edilib.

Eyni zamanda Yaponiya Xarici İşlər Nazirliyi Rusiya tərəfinin hərəkətlərini Vyana Konvensiyasının pozulması kimi qiymətləndirib və onları tamamilə qəbuledilməz adlandırıb.

“Bu gün Yaponiya xarici işlər nazirinin müavini cənabTakeo Mori Rusiyanın Yaponiyadakı səfiri cənab Qaluzini Xarici İşlər Nazirliyinə çağırıb və orada kəskin etirazını bildirib və Rusiya tərəfinin rəsmi üzr istəməsini tələb edib. Mən Rusiyanı Yaponiya tərəfinin etirazını və təklifini ciddi qəbul etməyə çağırıram”, - Yosimasa Hayasi vurğulayıb.

Onun sözlərinə görə, Rusiyada saxlanılan yapon diplomatı qanunsuz hərəkətlər etməyib. Ona qarşı məcburiyyət tədbirləri tətbiq edilib. Yaponiyanın xarici işlər naziri konsulun artıq azad edildiyini də bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti