"Havaya qalxan bütün İran PUA-ları məhv edilib" - Ukrayna ordusu

   "Havaya qalxan bütün İran PUA-ları məhv edilib" -    Ukrayna ordusu
  27 Sentyabr 2022    Oxunub:602
Ukraynanın hava hücumundan müdafiə qüvvələri səhər saatlarında Odessa vilayəti üzərində uçan İranın üç kamikadze Pilotsuz Uçuş Aparatını (PUA) məhv edib.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun Hərbi Hava Qüvvələri məlumat yayıb.

“Sentyabrın 27-də səhər saat 8 radələrində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin hava hücumundan müdafiəsi Odessaya hücum edən üç “Şahed-136” kamikadze pilotsuz uçan aparatını məhv edib”, - məlumatda deyilir.

Qeyd olunur ki, Ukrayna Müdafiə Qüvvələrinin hərbçiləri məlum PUA-lara qarşı effektiv üsullar axtarır və getdikcə kamikadze dronların məhv edilməsində daha çox təcrübə toplayırlar.

Tural Tağıyev
AzVision.az



Teqlər: PUA   Ukrayna  





Xəbər lenti