Luqanskda referendum baş tutmuş sayılıb

   Luqanskda referendum baş tutmuş sayılıb
  27 Sentyabr 2022    Oxunub:1109
"Referendum demək olar ki, baş tutdu. Düşünürəm ki, bu barədə axşam, səsvermənin ilkin nəticələri hazır olandan sonra danışacağam". AzVision.az xəbər verir ki, bunu qondarma Luqansk Xalq respublikasının rəhbəri LPR-nin rəhbəri Leonid Paseçnik deyib.
O bildirib ki, referendumun ilkin nəticələrini səsvermənin sonuncu günü axşam elan edəcək.
Paseçnikin sözlərinə görə, respublikanın Rusiya Federasiyasına daxil olması iqtisadi sabitlik gətirəcək və gələcəyə inam verəcək.

Qeyd edək ki, Qondarma Luqansk Xalq Respublikasının (LXR) Rusiyaya daxil olması ilə bağlı referendum sentyabrın 23-dən başlayıb. Sentyabrın 27-si sonuncu gündür.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti