Türkiyədə polis bölməsinə silahlı hücum: Ölən var

 Türkiyədə polis bölməsinə silahlı hücum:    Ölən var
  27 Sentyabr 2022    Oxunub:796
Türkiyənin Mersin şəhərində polis bölməsinə silahlı basqın olub. Bu barədə yerli “HaberTürk” qəzeti məlumat yayıb.
Nəşr bildirir ki, saat 23:00 radələrində avtomobillə iki qadın idarənin binasına yaxınlaşaraq avtomatla polisə atəş açıblar. Asayiş keşikçiləri atəşə cavab verəndə üzərlərində olan partlayıcı qurğunu işə salıblar.

Hadisə nəticəsində iki polis yaralanıb. Onlardan biri xəstəxanada dünyasını dəyişib. Daha 3 vətəndaş yüngül xəsarət alıb.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, hücum edənlərdən biri saxlanılıb. O kişidir.







Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti