Əli silahlı gəlmişdilər, indi arabada "sülh göyərçin"i uçurururlar

   Əli silahlı gəlmişdilər, indi arabada    "sülh göyərçin"i    uçurururlar
  27 Sentyabr 2022    Oxunub:907
2 il əvvəl sentyabrın 27-də Azərbaycan Ermənistanın cəbhə xəttində törətdiyi hərbi təxribatlara cavab olaraq genişmiqyaslı əks-hücum əməliyyatlarına başladı. Nəticədə 30 ilə yaxın müddətdə işğal altında saxlanılan tarixi və əzəli torpaqlarımız azad olundu, İrəvan rəhbəri isə kapitulyasiya aktına qol qoydu.
Bu gün müharibənin başlanmasının növbəti ildönümümündə isə Ermənistan mediası qəmli notlara köklənən məqalələr, xəbərlər dərc edir. Maraqlıdır ki, 2 il əvvələ qədər "yenilməz" ordu kimi təqdim edilən Ermənistan silahlı qüvvələri indi erməni KİV-ində general və keçmiş nazirlərin həbsləri, yeni fərarilik faktları, Şuşada uğursuz əməliyyatlar və s. neqativ məlumatlarla yad edilir.

Erməni jurnalistlər qəhrəman hərbçilərimizin yarımcan etdikləri işğalçı erməni döyüşçülərini də unutmurlar. Amma indi onları əlləri qanlı şəkildə deyil, guya sülh carçıları kimi təqdim edirlər. İki il əvvələ kimi əlində silah tutan həmin müharibə əlilləri bu gün havaya sülhün rəmzi olan ağ göyərçinlər buraxıblar. "Mamul" nəşri bu hadisə ilə bağlı yazıb:

"Morqlarda 95 əsgər "yatır", valideynləri isə ora buraxmırlar" - Zöhrabyan
"İrəvan Dövlət Universitetinin rektoru Armen Muradyan təqdim etdiyi foto ilə bağlı qeyd edib ki, bu hadisə 44 günlük müharibədən 2 il sonra yaşanıb.

Düz 2 il əvvəl bu uşaqlar əllərində silah döyüşəndə ​​bütün Ermənistan onlara dua edirdi. Bu gün onlar "əsgər evi"ndən səmaya sülh göyərçinləri buraxırlar ki, sərhədlərimiz sabit olsun, bu əlillərin qardaşları, sərhəddə duran oğlanlarımız sarsılmaz qalsınlar".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Sülh   Müharibə  





Xəbər lenti