Şuşada Anım günü ilə bağlı namaz qılındı - FOTOLAR

   Şuşada Anım günü ilə bağlı namaz qılındı -    FOTOLAR
  27 Sentyabr 2022    Oxunub:412
27 sentyabr Vətən müharibəsi şəhidlərinin Anım günü ilə əlaqədar Şuşada namaz qılınıb.
AzVision.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli öz feysbuk hesabında paylaşım edib. O bildirib ki, namaz Yuxarı Gövhərağa məscidində qılınıb.

“Şəhidlərimizin müqəddəs ruhlarını Quran, namaz və dualarla yad etdik”, - deyə Hacı Şahin paylaşımında bildirib.

Qeyd edək ki, 2020-ci ildə 27 sentyabr - 9 noyabr aralığında baş vermiş II Qarabağ müharibəsi zamanı Azərbaycanın 3 minə yaxın hərbçisi şəhid olub. Şuşa noyabrın 8-də işğaldan azad edilib.







AzVision.az

Teqlər:







Xəbər lenti